İranda SEPAH-la terrorçular arasında atışma olub

İranda SEPAH-la terrorçular arasında atışma olub
# 17 aprel 2018 08:10 (UTC +04:00)

Bu gün səhər İranda Mircavə sərhəd bölgəsində SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) ilə terror qruplaşması arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Pakistan ərazisindən bir qrup terrorçu İran sərhədçilərinin postuna hücum edib, postu ələ keçirməyə cəhd göstərib. Sərhədçilər qarşılıq verib, atışma baş verib, əlavə qüvvələrin yardımı ilə terrorçular geri çəkilmək məcburiyyətində qalıb.

Atışma nəticəsində terrorçulardan 3 nəfər məhv edilib, bir neçə nəfər yaralanıb və digərləri Pakistan ərazisinə qaçıb.

SEPAH qüvvələrini daşıyan avtomobil minaya düşüb, nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Terrorçuların hücumu zamanı sərhəd polisindən də bir zabit həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR