Astarada Rusiya vətəndaşından xeyli miqdarda narkotik götürülüb

Astarada Rusiya vətəndaşından xeyli miqdarda narkotik götürülüb
# 17 aprel 2018 08:21 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran Regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, aprelin 16-da Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kəndində yaşayan Rusiya Federasiyanın vətəndaşı olan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhuz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək aşkarlanıb.

​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR