“UnionPay” ilin sonunadək Azərbaycanda bazar payını artıracaq

“UnionPay” ilin sonunadək Azərbaycanda bazar payını artıracaq
# 17 aprel 2018 09:10 (UTC +04:00)

“UnionPay İnternational” 2018-ci ilin sonunadək Azərbaycanda bazar payını artıracaq”.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda “MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”nda “UnionPay İnternational” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu ofisinin baş meneceri Zhang Chengdong deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycan bazarına 2016-cı ilə daxil olub və bir sıra banklarla tərəfdaş kimi çalışır. “Tərəfdaşlarımız hesabına ilin sonunda artıq bazar payımızın genişləndirilməsini gözləyirik. Ekvayrinq funkssiyası ilə bu payın artımı əhəmiyyətli olacaq. Ola bilər ki, siz artıq şirkətimizi yerli kartlarını bu ilin sonu görəcəksiniz. Qısa müddətdə bu kartla böyük həcmdə əməliyyatlar keçirməsini gözləmirik. Lakin ən azından planımız növbəti üç il ərzində həyata keçə bilər. Bazar payımızın həcm baxımında nə qədər artacağını deyə bilməyəcəyəm,” – deyə Z. Chengdong deyib.

Z. Chengdong bildirib ki, 6 ildir fəaliyyət göstərən bu Çin şirkətinin kartlarının sayı milyonu keçib: “Kartlarımız vasitəsilə bu günə qədər 15 milyard dollar həcmində əməliyyat aparılıb. Həm əməliyyatların həcmi, həm də kartların sayı baxımından dünya üzrə 90 faizlik pay çin bazarına düşür. Dünyanın 87 ölkəsində bu kartlar qəbul edilir. 48 ölkədə isə bu kartların sayı daha yüksəkdir. Bundan başqa, şəbəkəmiz də çox genişdir. Cənub-şərqi Avropa, Rusiya, Mərkəzi Asiya, MDB-də təmsil olunmuşuq. Bu ölkələr sırasına Azərbaycan da daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR