İFC Azərbaycanda 56 layihəyə 473 mln. dollar məbləğində yatırım edib

İFC Azərbaycanda 56 layihəyə 473 mln. dollar məbləğində yatırım edib
# 17 aprel 2018 09:36 (UTC +04:00)

"Avropa və Mərkəzi Asiya regionunda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün ən ciddi çağırışlardan biri bank kreditlərinə və maliyyə ehtiyatlarına çıxış əldə etməkdir".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr edilməsinə konfransda Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova deyib. Onun sözlərinə görə, səmərəli kredit məlumatları mübadiləsi sistemləri kredit fəaliyyətini və özəl sektorun inkişafını dəstəkləyir: "Bu isə üzün müddətli işsizlik və iqtisadi artımın yavaşlanması kimi problemlərin həllinə kömək edir".

Azərbaycanın 1995-ci ildə etibarən Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) üzvü olduğunu xatırladan A.Əzimova qeyd edib ki, ötən dövr ərzində İFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzunmüddətli layihəyə 473 mln. dollar məbləğində yatırım edib: "Bu dövr ərzində 73 mln. dollar digər kreditorlardan cəlb edilib. Bundan əlavə, İFC Azərbaycanda ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 mln. dollar civarında ticarət dövriyyəsini dəstəkləyib. Bakı- Tbilisi-Ceyhan kəmərinin inşa edilməsinə 250 mln. dollar ayırıb. İFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR