Bakıda üç nəfəri maşın vurub, piyadalardan biri ölüb

Bakıda üç nəfəri maşın vurub, piyadalardan biri ölüb
# 17 aprel 2018 09:41 (UTC +04:00)

Bakıda üç nəfəri maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri - Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR