TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"

TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"
# 17 aprel 2018 10:49 (UTC +04:00)

"Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi artıq tamamlanmaq üzrədir".

APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq layihənin inşaat işlərinin 93%-i yerinə yetirilib: "Artıq boru kəmərinin 1340 kilometri inşa edilib”.

O bildirib ki, bu ilin iyul ayında Azərbaycandan ilk qazı Türkiyə qəbul edəcək: "Azərbaycan qazının Türkiyəyə nəql edəcək BOTAŞ şirkəti illik 6 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. Məqsədimiz yeni bir qaz dəyər zəncirini yaratmaqdır. TANAP bu zəncirin dördüncü bir hissədir. TANAP bu dəyər zəncirinin ən böyük hissəsidir”.

O qeyd edib ki, gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər: "Hazırda boru xətti ilə 16 milyard kubmetr qaz daşınması mümkündür. Sonradan, 2023-ci ildə 24 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr təbii qaz nəqli mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR