Saltuk Düzyol: "2019-cu ilin iyununda TAP-a qaz verməyə hazır vəziyyətdə olacağıq"

Saltuk Düzyol: "2019-cu ilin iyununda TAP-a qaz verməyə hazır vəziyyətdə olacağıq"
# 17 aprel 2018 11:03 (UTC +04:00)

"2019-cu ilin iyun ayında Trans-Adriatik Qaz Boru kəmərinə (TAP) qaz verməyə hazır vəziyyətdə olacağıq".

APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

"Biz bilirik ki, bu vaxta qədər TAP boru kəməri tam hazır olmayacaq. Ancaq bununla belə biz öz işimizi əvvəldən tutub buna da hazır vəziyyətə gələcəyik”, - deyə S.Düzyol vurğulayıb.

Qeyd edək ki, TAP boru kəməri ilə Avropaya Azərbaycan qaz 2020-ci ilin mart ayında nəql ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR