Bu günə qədər TANAP-ın tikintisinə 5,6 mrd. dollar xərclənib

Bu günə qədər TANAP-ın tikintisinə 5,6 mrd. dollar xərclənib
# 17 aprel 2018 11:26 (UTC +04:00)

"Bu günə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib".

APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

S.Düzyol əlavə edib ki, bu layihə ilə bağlı xarici banklardan 3,75 mlrd. dollar kredit cəlb edilib.

Onun sözlərinə görə, bu layihənin xərclərin 7,99 milyard dollar olacağı qiymətləndirilir.

"Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisində 82 165 299 insan saat iş işlənilib. İnşaat işlərində 1 mln. 310 min ton kəmər qaynaq edilib", - deyə S.Düzyol vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR