Tehranda Ukrayna təyyarəsinin səhvən vurulması nəticəsində həlak olan sərnişinlərin ailələri İran Silahlı Qüvvələrinin Məhkəmə-Hüquq Təşkilatını məhkəməyə verib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın lideri Şükrulla Bəhrami bildirib.
“Ölənlərin çoxunun ailəsi Silahlı Qüvvələrin Məhkəmə-Hüquq Təşkilatına qarşı iddia qaldırıb”, - Bəhrami belə deyib.
O, əlavə edib ki, “təşkilat bu proses çərçivəsində şikayətləri araşdıran orqandır”.
Bəhraminin sözlərinə görə, “bir neçə mütəxəssis qrupu bu bədbəxt hadisənin müxtəlif tərəflərini araşdırır”.