Əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydalarına dəyişiklik edilib

Əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydalarına dəyişiklik edilib
# 13 iyun 2020 12:53 (UTC +04:00)

“Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”a dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Kollegiyası qərar verib.

Dəyişiklik “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”da “məşğulluq orqanlarında” sözlərinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında” sözləri ilə əvəz edilməsi ilə bağlıdır (Elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bır müddət bitdikdən sonra işçinin iş axtaran və ya işsiz şəxs kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olduğu dövr).

Qərar iyunun 11-dən qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR