“Bu gün komandam ən yaxşı oyunlarından birini keçirdi. İstər 95 dəqiqə olsun, istərsə də 95 dəqiqə oynamayanların hamısı meydanda canlarını qoydular”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın “Dinamo” klubunun baş məşqçisi Feliks Visente Miranda deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə səfər oyununda 2:0 hesablı qələbə qazanan Tbilisi təmsilçisinin çalışdırıcısı görüşdən sonrakı mətbuat konfransında fikirlərini açıqlayıb: “Mən fərdləri fərqləndirmək istəmirəm. Bu, bizim istədiyimiz yoldur və yolumuza davam edəcəyik. Əlbəttə ki, 2:0 hesablı qələbə çox yaxşı nəticədir. Amma unutmamalıyıq ki, “Qəbələ” çox yaxşı rəqibdir. Buna görə də cavab matçında da əlimizdən gələnin maksimumu etməliyik”.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Tbilisidə olacaq.