Sergey Yuran: “Arsenal” “Neftçi”ni keçməyə can atacaq”

Sergey Yuran: “Arsenal” “Neftçi”ni keçməyə can atacaq”
# 30 iyul 2019 11:13 (UTC +04:00)

“Azərbaycan çempionatı ilə yaxından tanışam. Özüm orda işləmişəm”.

APA-nın məlumatına görə, bunu Rusiyanın futbol veteranı Sergey Yuran deyib.

Vaxtilə Azərbaycanda “Simurq” klubunun baş məşqçisi olan 51 yaşlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin Rusiya “Arsenal”ını məğlub etməsinə münasibət bildirib: “Neftçi” ölkənin aparıcı klubudur, yaxşı maliyyələşməyə malikdir. Bu komandaya yaxşı futbolçuları götürürlər. Əslində, məni xoş olmayan tərəfdən “Arsenal” təəccübləndirdi ki, avrokubokda debüt öncəsi üç həlledici futbolçusunu – hər iki cinahdakı oyunçusunu və hücumçusunu buraxdı. İndi komanda tam komplektləşməyib. Avrokuboklara düşəndə, bu, azarkeşlər üçün bayramdır, bütün şəhər səs-küydür. Özünə Avropada da nüfuz qazanırsan. Bir sözlə, “Arsenal” “Neftçi”ni keçməyə can atacaq. Tulalıların Premyer Liqada qalmaq üçün mübarizə aparamaq qorxusu da yoxdur. Onlar o qədər zəif deyillər”.

Qeyd edək ki, Tulada keçirilən “Arsenal” - “Neftçi” oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Cavab oyunu avqustun 1-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR