Gədəbəy rayonu ərazisində zəlzələ baş verib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.