Konstitusiya Məhkəməsinin iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək

Konstitusiya Məhkəməsinin iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək
# 17 mart 2020 13:17 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində tətbiq ediləcək müvəqqəti iş rejimi barədə məlumat yayıb.

Məhkəmədən APA-ya verilən məlumata görə, Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR