“Napoli” meksikalı hücumçu alır

“Napoli” meksikalı hücumçu alır
# 03 avqust 2019 12:11 (UTC +04:00)

İtaliyanın “Napoli” klubu növbəti transferini reallaşdırır.

APA-nın məlumatına görə, A seriyası təmsilçisi meksikalı hücumçu İrvin Losanonu heyətinə qatmağa hazırlaşır.

Klub rəhbərliyi futbolçunun çıxış etdiyi Hollandiya PSV-si ilə keçidi barədə razılıq əldə edib. Transfer 42 milyon avroya başa gələcək.

Qeyd edək ki, neapollular 24 yaşlı hücumçunun özü ilə beş illik müqaviləni daha öncədən razılaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR