Şirvanda qəzalı vəziyyətdə olan məktəbin kollektivi başqa məktəbə köçürülüb - FOTO

Şirvanda qəzalı vəziyyətdə olan məktəbin kollektivi başqa məktəbə köçürülüb - FOTO
# 13 mart 2020 13:53 (UTC +04:00)

Şirvanda qəzalı vəziyyətdə olan məktəbin kollektivi başqa məktəbə köçürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər 21 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşdüyü üçün bağlanıb. Bağlanan məktəbin 624 şagirdi, 60 nəfərlik müəllim və işçi heyəti 18 saylı tam orta məktəbə köçürülüb. Köçürülmə ilə əlaqədar adı çəkilən məktəbdə 2-ci növbə dərs saatları yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən qəzalı vəziyyətə düşən məktəb sökülərək yerində 624 yerlik 3 mərtəbəli yeni məktəb binası tikiləcək. Məktəb binasının sökülməsinə artıq start verilib.

Rayon Təhsil Şöbəsindən APA-ya verilən məlumata görə, tikinti işlərinin yeni dərs ili başlayanadək başa çatdırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR