SOCAR koronavirusa görə vətəndaşların qəbulunu dayandırıb

SOCAR koronavirusa görə vətəndaşların qəbulunu dayandırıb
# 17 mart 2020 13:29 (UTC +04:00)

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, SOCAR-da vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sözü gedən dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaqdır. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR