İŞİD cəlladı Bursada həbs edilib

İŞİD cəlladı Bursada həbs edilib
# 18 fevral 2020 01:12 (UTC +04:00)

İŞİD terror təşkilatının "Əbu Taki Əl Şahmy" kod adlı komandiri Türkiyənin Bursa şəhərində həbs olunub.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadla verdiyi xəbərə görə, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Qeyd edək ki, “Əbu Taki Əl Şahmy” kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində komandir kimi fəaliyyət göstərib və İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR