Xəzər Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

Xəzər Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
# 19 aprel 2017 16:18 (UTC +04:00)

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin bütün kameralarına baxış keçirilib, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları və digər hüquqların təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilib. Habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilib və dinlənilib.

Qəbul edilmiş şəxslər MSY əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib. Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, bəzi müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekununda MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunub. Eyni zamanda milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR