Britaniyada son sutkada koronavirusdan 117 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 117 nəfər ölüb
# 18 may 2020 00:26 (UTC +04:00)

Şimali İrlandiya istisna olmaqla, Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 117 nəfər artaraq 34636-ya çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Krallığın Biznes, enerji və sənaye strategiyası naziri Alok Şarma bildirib.

Nazir qeyd edib ki, virusa yoluxanların sayı son sutkada 3142 nəfər artaraq 243303-ə yüksəlib.

O, əlavə edib ki, texniki problemlərə görə Şimali İrlandiya ötən gün ərzində statistik məlumatları vaxtında verə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR