"Qaydalara əməl etməyən fiziki və hüquqi şəxslərə qarşı ciddi cərimələrin tətbiq olunması gündəmdədir, qarışdakı günlərdə açıqlanacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, belə cərimələr vətəndaşlara qarşı da tətbiq edilə bilər: “Yeni mobil tətbiq hazırlanıb. Bu, tam ödənişsizdir. Bu tətbiqlə vətəndaşlarımız bütün yoluxma halları və yoluxmanın yüksək olduğu ərazilərlə bağlı məlumatları əldə edə biləcəklər”.