Sumqayıtda sakinlərə məxsus mal-qara oğurlanıb

Sumqayıtda sakinlərə məxsus mal-qara oğurlanıb
# 01 avqust 2019 01:31 (UTC +04:00)

Sumqayıtda sakinlərə məxsus mal-qara naməlum şəxslər tərəfindən oğurlanıb.

Bunu APA-nın yerli brosuna “Stansiya Sumqayıt” yaşayış massivinin sakinləri bildirib.

Məlumata görə, son bir il müddətində 35-ə yaxın heyvan əsasən həyətyanı ərazilərdən naməlum şəraitdə aparılıb. Sonuncu belə bir hadisə iyulun 24-də baş verib. Həmin gün heyvanların otlaq ərazisindən 5 iribuynuzlu mal-qara yoxa çıxıb.

Oğurluq faktları ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət olunub. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR