Kapello istefaya göndərilib

Kapello istefaya göndərilib
# 14 iyul 2015 11:21 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Rusiya millisində baş məşqçi istefası baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, italiyalı çalışdırıcı Fabio Kapello gözlənilmədən istefaya göndərilib.

Məşhur mütəxəssislə Rusiya Futbol İttifaqı (RFİ) rəhbərliyinin fikirləri üst-üstə düşmədiyindən, onunla yollar ayrılıb.

Kapello RFİ-nin qərarı ilə göndərildiyindən, italiyalı mütəxəssis təzminat alacaq. Yerli KİV-də yazılanlara görə, müqavilənin pozulması 69 yaşlı çalışdırıcıya 15 milyon avro təzminat haqqı qazandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR