Belarus Prezidenti Aleksandr Lukashenko koronavirusu aşkar etmək üçün istifadə etdikləri Rusiya test sistemlərinin tez-tez səhv nəticələr verdiyini deyib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, prezident bu barədə ölkənin Qrodno bölgəsinə işgüzar səfəri zamanı bildirib: “Çox sınayırıq... Ancaq açıq şəkildə deməliyəm ki, testlər çox keyfiyyətsizdir. Bu testlərdən bundan sonra istifadə etməyəcəyik. Onların yalnız 60% -ə qədər düzgün nəticə verdiyi bildirilsə də, mən deyərdim ki, bu, 30% qədərdir. Biz bunu tez-tez aşkar etdik”.