Petr Çex: "Kuboku qaldırmaq, oturmaq və düşünmək istəyirdim"

Petr Çex: "Kuboku qaldırmaq, oturmaq və düşünmək istəyirdim"
# 30 may 2019 03:04 (UTC +04:00)

“Finalı uduzub kuboksuz qaldığımızı, mövsümü əliboş bitirdiyimizi demək asandır”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Arsenal” klubunun futbolçusu Petr Çex deyib.

Çexiyalı qapıçı Avropa Liqasının Bakıda keçirilən final oyunundan sonra verdiyi açıqlamada kuboku qazana bilməməsinə üzüldüyünü gizlətməyib.

Karyerasını sabiq komandası “Çelsi”yə 1:4 hesablı məğlubiyyətdən sonra bitirəcəyi gözlənilən P.Çex komanda ilə müqaviləsinin son günlərinədək klubda qalacağını bildirib. P.Çex uğursuz mövsümün gələcək üçün müsbət nəticə verəcəyini bildirib: “Mən sizi inandırım ki, bu mövsümdə görülən iş bizi daha da güclü edəcək. Mən kuboku qaldırmaq, oturmaq və düşünmək istəyirdim. Hələ “Arsenal”ın futbolçusuyam. Heç bir qərar qəbul etməyəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR