Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104004772 ISIN-li, 20 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 88,5514 AZN (13,00%) və 93,4916 AZN (6,99%) olan 15 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,4916 AZN (6,99%), orta ölçülmüş qiyməti isə 93,4916 AZN (6,99%) səviyyəsində müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71 100 600 manat yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2021-ci ilin aprelin 20-dir.
Hərrac iştirakçıları 22 aprel 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.