“Sabah” “Anji”nin futbolçusunu transfer edib

“Sabah” “Anji”nin futbolçusunu transfer edib
# 09 iyul 2019 13:38 (UTC +04:00)

“Sabah” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Klubdan APA-ya verilən məlumata görə, gənc futbolçular Anar Panayev və Abbas Ağazadə bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaqlar.

A. Ağazadə “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Anar Panayev də yarımmüdafiəçidir. “Anji” Futbol Akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.

Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR