Keçən il stasionar və ambulator tibb müəssisələrinə imtiyazlı xəstələrin dərman preparatları ilə təminatı üçün 204,7 milyon manat vəsait sərf edilib.
APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.
Hesabatda qeyd edilib ki, bu, 2018-ci illə müqayisədə 11,9 milyon manat və ya 6,2 faiz çoxdur.
Keçən il İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar “TƏBİB”-in (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) tabeliyində olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, nəqliyyat vasitələrinin və tibbi avadanlıqların alınması məqsədi ilə 2019-cu ilin dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə isə 89,6 milyon manat vəsait ayrılıb.