AMB: Bütün ictimai nəqliyyatda ödənişlər bank kartları ilə mümkün ola bilər

AMB: Bütün ictimai nəqliyyatda ödənişlər bank kartları ilə mümkün ola bilər
# 12 fevral 2020 12:07 (UTC +04:00)

"İctimai nəqliyyatda ödənişlərin bank kartları ilə ödənilməsinə çalışırıq".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Visa Cashless Forum"unda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, AMB "Azərbaycan Dəmir Yolları" QSC və "Visa" şirkəti ilə birgə layihə üzərində çalışır: "Bu layihə də gündəlik istifadədə olan qatarlarda gediş haqların məsafədən ödənilməsini nəzərdə tutur. 2018-2020-ci illəri əhatə edən Rəqəmsal ödənişlərin genişləndirilməsi proqramı çərçivəsində bu layihənin genişləndirilməsi mümkündür. Digər nəqliyyat vasitələrində də bu sistemin tətbiqinə çalışırıq. Dövlət qurumları ilə müzakirələr aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR