Həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub

Həmyerlisini bıçaqlayan şəxsə hökm oxunub
# 24 may 2019 12:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR