Xətaidə avtobus 50 yaşlı kişini vurub

Xətaidə avtobus 50 yaşlı kişini vurub
# 31 iyul 2019 00:15 (UTC +04:00)

Xətai rayonu, M.Hadi küçəsində yol qəzası baş verib.

APA xəbər verir ki, 11 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1969-cu il təvəllüdlü Novruzov Cəfər Qulu oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR