Bakıda zəncirvarı qəza baş verib, xəsarət alanlar var

Bakıda zəncirvarı qəza baş verib, xəsarət alanlar var
# 16 mart 2020 11:26 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 5 avtomobil toqquşub.

APA-nın xəbərinə görə, hadisə bu gün paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. “Opel”, “Mercedes”, “Toyota” və iki “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlara hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR