Azay Quliyev: “Bəzi qurumların yaratdığı ictimai şuralar formal xarakter daşıyır”

Azay Quliyev: “Bəzi qurumların yaratdığı ictimai şuralar formal xarakter daşıyır”
# 05 may 2020 12:03 (UTC +04:00)

“Bu gün ictimai nəzarət və onun tətbiqi ən aktual məsələlərdən biridir”.

APA-nın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib.

“Ölkə başçısı Milli Məclisin ilk iclasında etdiyi çıxışda da ictimai nəzarətin önəmindən bəhs edib. Biz bu gün bu nəzarətin kifayət qədər yüksək səviyyədə həyata keçirilməsindən danışa bilmirik. İctimai şuralar yaradılmalıdır. 33 mərkəzi icra hakimiyyəti orqanının yalnız 11-də belə qurum yaradılıb. Yerli icra hakimiyyəti orqanlarında isə vəziyyət ürəkaçan deyil. Burada vətəndaşlar, ayrı-ayrı qurumlar dediyim qurumların fəaliyyətinə açıq şəkildə nəzarət həyata keçirilə bilər. Bu gün aidiyyəti dövlət qurumları bu şuraların yaradılmasında maraqlı olmalıdır. Bəziləri bu şuraları yaratsa da, bu, formal xarakter daşıyır. Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar”, - deyə deputat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR