Bakıda "KamAZ" minik avtomobili ilə toqquşub, ölən var

Bakıda "KamAZ" minik avtomobili ilə toqquşub, ölən var
# 12 mart 2020 12:10 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 11-də saat 20.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini X.Seyfullayev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış “QAZ-33022” markalı avtomobilə vurub, sonuncu avtomobil hərəkətə gəldiyindən onun qarşısında dayanmış sürücü, Bakı şəhər sakini Sərvər Tağıyevə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR