"Petkim"in xalis mənfəəti 14% artıb

"Petkim"in xalis mənfəəti 14% artıb
# 10 may 2019 14:54 (UTC +04:00)

Əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" neft-kimya kompleksinin bu ilin birinci rübündə xalis mənfəəti 144 mln. türk lirəsi təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur.

Kompleksdən ONA-ya verilən məlumata görə, cari ilin yanvar-mart aylarında "Petkim"in gəliri 2,83 mlrd. lirə təşkil edib. Kompleksin satışları isə keçən ilin birinci rübü ilə müqayisədə 51% artıb.

Qeyd edək ki, "Petkim" neft-kimya kompleksi hazırda istehsal etdiyi məhsulu 78 ölkəyə ixrac edir. Müəssisədə istehsal olunan 60 fərqli məhsul Türkiyənin neft-kimya tələbatının təxminən 20%-ni ödəyir.

Ötən il "Petkim"in xalis mənfəəti 872 mln. türk lirəsi təşkil edib. 2018-ci ildə "Petkim Holding A.Ş"ın dövriyyəsi 9,3 mlrd. lirə olub, aktivləri isə 62% artaraq 12,6 mlrd. lirəyə çatıb.

Bundan başqa, ötən il "Petkim"in məhsul satışı 1,8 mln. ton təşkil edib ki, məhsulun 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixraca yönəldilib.

Xatırladaq ki, SOCAR "Petkim Holding"də 51% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR