Operativ Qərargah: İyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazə verilə bilər

Operativ Qərargah: İyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazə verilə bilər
# 22 may 2020 17:28 (UTC +04:00)

“İdman tədbirləri ilə bağlı məsələ müzakirə olunur”.

Apasport.az saytının məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı bildirib ki, idman tədbirləri ilə bağlı məsələ müzakirə mövzusudur: “1 iyunda bunun açılması ilə bağlı müzakirə gündəmdədir. Yəqin ki, bu haqda da qərar veriləcək”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanda mayın 31-dək xüsusi karantin rejimi elan olunub. Martın 13-dən idman tədbirləri dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR