"Sədərək"də baş verən yanğında daha 2 nəfər zərər çəkib - YENİLƏNİB 1

"Sədərək"də baş verən yanğında daha 2 nəfər zərər çəkib - YENİLƏNİB 1
# 18 fevral 2020 14:07 (UTC +04:00)

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğında zərər çəkən 2 nəfər də Toksikoloji Mərkəzə aparılıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, ambulator müayinədən sonra onlar evə buraxılıblar.

***

10:45

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın xəsarət alaraq Kliniki Tibbi Mərkəzə aparılan şəxsə xəstəxanada ambulator yardım göstərilib və o, evə buraxılıb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

***

09:28

Yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Hadisə yerində 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR