Klinikadan oğurluq edən dəstə üzvləri həbs olunub

Klinikadan oğurluq edən dəstə üzvləri həbs olunub
# 30 iyul 2019 11:49 (UTC +04:00)

Bakıda klinikadan oğurluq edən şəxslər həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) APA-ya verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikaların birindən tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, mikroskop, 2 ədəd divan və 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR