Biləsuvarda 27 yaşlı qadın qarpızdan zəhərlənərək ölüb

Biləsuvarda 27 yaşlı qadın qarpızdan zəhərlənərək ölüb
# 11 iyul 2019 10:21 (UTC +04:00)

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəmilə Əlizadə səhhəti pisləşdiyi üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadın qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR