Bank Of Baku

Sabahdan MİQ müsabiqəsində 4 fənn üzrə vakansiya seçimi başlayır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 09 avqust 2021 17:33 (UTC +04:00)

Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR