Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefa verib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefa verib
# 17 may 2019 18:22 (UTC +04:00)

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefa ərizəsi yazıb.

ONA-nın xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin saytında məlumat verilib.

“Məni vəzifəyə təyin edən Ukrayna Prezidentinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi səlahiyyətlərimin qanunvericiliyə uyğun olaraq dayandırılması məsələsini nəzərdən keçirməyinizi xahiş edirəm”, - deyə Turçinov ərizəsində qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR