PA: Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 min nəfərə şamil olunub

PA: Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 min nəfərə şamil olunub
# 06 may 2019 11:10 (UTC +04:00)

PA: 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən, 1800 nəfər cəzadan azad edilib

"Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər nəticəsində bir sıra cəzalar de-kriminallaşdırılıb, yeni cəza növləri Cinayət Məcəlləsinə daxil edilib".

ONA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib.

Onun sözlərinə görə, cəza siyasətinin humanistləşdirilməsi tədbirləri 14 min nəfərə şamil olunub.

V. İsayev qeyd edib ki, 9 minə yaxın şəxs istintaq və məhkəmə mərhələsindən, 1800 nəfər isə cəzadan azad edilib: "Onlardan 800-ü azadlıqdan məhrum edilmiş şəxslər olub. Qeyd edim ki, bu rəqəmlər əfv və amnistiya aktlarını əhatə etmir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR