Mingəçevirdə it azyaşlıya hücum edib

Mingəçevirdə it azyaşlıya hücum edib
# 28 may 2019 22:29 (UTC +04:00)

Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində yerləşən fərdi təsərrüfatların birində baş verib.

5 yaşlı şəhər sakini Məmmədli Məhəmməd Ramil oğlunu it dişləyib. Baldır nahiyəsindən xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Burada ona lazımi tibbi yardım göstərilib. Hazırda uşağın vəziyyəti sabitdir.

Sabahdan etibarən isə quduzluq əleyhinə peyvəndlərin vurulması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR