Meksikada 7 nəfərin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb

Meksikada 7 nəfərin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb
# 25 may 2019 03:44 (UTC +04:00)

Meksikada Rusiya istehsalı olan Mi-17 tipli helikopter qəzaya uğrayıb.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin hərbi-dəniz donanması nazirliyinin açıqlamasında deyilir.

“Təəssüflə bildiririk ki, San-Luis-Potosi ştatının Valye-Verde şəhəri yaxınlığında qüvvələrimizə məxsus Mi-17 helikopteri qəzaya uğrayıb”, - deyə məlumatda qeyd olunur.

“Excelsior” portalının yazdığına görə, helikopter qonşu Keretaro ştatındakı meşə yanğınlarının söndürülməsində iştirak edirmiş. Onun göyərtəsində 7 nəfər olsa da, hələlik onların taleyi barədə rəsmi açıqlama verilməyib. Ancaq yerli KİV heyət üzvünün ölmə ehtimalını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR