Gürcüstanın milli valyutası rekord həddə ucuzlaşıb

Gürcüstanın milli valyutası rekord həddə ucuzlaşıb
# 13 mart 2020 17:28 (UTC +04:00)

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 2,9942 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2,9494 lari təşkil edib. Qeyd edək ki, bu, Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3,3421 lari olaraq müəyyənləşib. Bu gün isə 1 avro 3,3145 lariyə satılıb.

Xatırladaq ki, Gürcüstan Milli Bankı bugünkü valyuta hərracı zamanı 20 mln. dollar satıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR