Beynəlxalq Valyuta Fondu (BVF) Asiyada koronavirusun (COVID-19) pandemiyası səbəbindın iqtisadi artımının 60 il ərzində ilk dəfə olaraq bu il dayanacağını proqnozlaşdırır.
Bu barədə "APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi aprel hesabatına istinadən xəbər verir.
“Asiya iqtisadiyyatının bu il 60 ildə ilk dəfə sıfır artım göstərəcəyi ehtimalı var”, - BVF-nin Cümə axşamı günü yayımlanan Asiya-Sakit Okean bölgəsi ilə bağlı hesabatında qeyd edilir.
Fond koronavirusla mübarizə tədbirlərinin uğurlu olacağını güman edərək Asiya iqtisadiyyatlarının gələn il 7,6% artacağını gözləyir. Bununla belə, BVF perspektivlərin hədsiz qeyri-müəyyənliyini qeyd edib.