İstedadlı şagirdlər üçün keçirilən eksternat imtahanlarında ibtidai təhsil üzrə 3 şagird müvəffəqiyyət qazanıb

İstedadlı şagirdlər üçün keçirilən eksternat imtahanlarında ibtidai təhsil üzrə 3 şagird müvəffəqiyyət qazanıb
# 13 iyun 2020 11:44 (UTC +04:00)

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün 2019-2020-ci tədris ilində də eksternat qaydasında  ənənəvi imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, imtahanlarda şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR