Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 8 yeni yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 721 nəfərə çatıb.
Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 3519 nəfər karantində saxlanılır, 351 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 485-i sağalıb, 12-si isə ölüb.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Pandemiya səbəbi ilə qonşu ölkədə martın 21-dən fövqəladə vəziyyət rejimi tətbiq edilir.