Nazirlik: 54 minə yaxın şəxs işlə təmin olunub

Nazirlik: 54 minə yaxın şəxs işlə təmin olunub
# 13 iyul 2019 11:23 (UTC +04:00)

2019-cu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 53 943 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.

Nazirlikdən APA-ya verilən məlumata əsasən, onlardan 18877-ni qadınlar təşkil edib.

Bu dövrdə gənclərin əmək bazarına çıxışının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12148-i gənclər olub.

Həmçinin cari ilin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3171-ni məcburi köçkünlər, 1543-nü isə əlilliyi olan şəxslər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR