Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var - FOTO

Bakı-Quba yolunda maşın aşıb, xəsarət alan var - FOTO
# 05 iyul 2019 16:05 (UTC +04:00)

Bu gün günorta saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1963-cü il təvəllüdlü Adil Babayevin idarə etdiyi "Hyundai" markalı maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR